Atatürk Universitetində qiyabi təhsil
30
Okt
Müəllif Miryusif Cavadzadə
Kateqoriya:
Atatürk Universitetində qiyabi təhsil
Atatürk Universitetində necə təhsil ala bilərəm?
- İmtahansız, sadəcə attestatla qəbul ala bilərsiniz.
Hansı sənədlər lazımdır?
- Attestat
- Transkript (2017-dən sonra məzun olanlara aiddir)
- Pasport
- Denklik belgesi( Türk Eğitim Müşavirliyindən alınır)
- Foto 2 ədəd
Hansı ixtisaslar mövcuddur?
- İşletme
- Halkla ilişkiler ve Tanıtım
- Kamu Yönetimi
- Sağlık Yönetimi
- Sosyal Hizmet
- Reklamcılık
- Egzersiz ve Spor bilimleri
- Tarih
- Sosyoloji
Təhsil haqqı nə qədərdir?
- Hər semestr 1275 TL ( təxminən 230 azn)
- Ziraat Bankda ödəniş etməlisiz.
Qəbul haqqında:
- Təhsil haqqı ödənildikdən 1 həftə sonra universitet tərəfindən dərs sisteminə giriş etmək üçün şifrə göndərilir və https://obs.atauni.edu.tr/ adresindən dərslərinizə baxa bilərsiniz.
- Dərslər həm pdf həm də video şəklində olur. Əlavə olaraq sistemdə olan deneme(sınaq) imtahanlarına da qatıla bilərsiniz.
İmtahanlar necə olur?
- Hər semestr 2 dəfə 2 günlük. Vize imtahanı Bakıda Anadolu liseyində, final imtahanına isə Türkiyənin istənilən şəhərində qatılmaq şansınız olacaq.
Tələbə bileti nə zaman verilir?
- 1-ci semestr bitdikdən sonra Anadolu liseyindən tələbə biletinizi götürə bilərsiniz.