Hacettepe Universitetində Magistratura təhsili

Kateqoriya:

Hacettepe Universitetində Magistratura təhsili

Hacettepe Universiteti

Oxuyacağınız bu kiçik məqalədə Hacettepe Universitetində Tezsiz Yüksek Lisans haqqında məlumat əldə edəcəksiniz.

 

İlk öncə nəzərinizə çatdıraq ki, Tezsiz təhsillə siz doktoranturaya davam edə bilmirsiz. Tədris 1.5 ildir.

Müraciət mərhələsi üçün ilkin olaraq hansı sənədlər lazımdır?

  • Diplom
  • Transkript
  • Pasport
  • Foto

 

Qeydlər:

  • Qəbul olduqdan sonra isə sizdən əlavə olaraq TÖMER-C1 və Tanınma belgesi tələb olunacaqdır.
  • Hacettepe universiteti Türkiyə dövlət universitetlərinin keçirtdiyi bütün TÖMER imtahan nəticələrini tanıyır.
  • Tanınma belgesi isə Ankara YÖK’dən alınır. Sənədi almaq üçün birbaşa iştirakınız tələb olunmur.

 

Müraciət nə zaman olunur?

 

  • Müraciət magistratura səviyyəsi üzrə Güz və Bahar dönemi olaraq ildə 2 dəfə həyata keçirilir.
  • Güz dönemində müraciətlər İyun-Avqust ayları arası, (təqvimə görə dəyişilə bilər) dərslər isə sentyabr ayında başlanır.
  • Bahar dönemi müraciətləri isə Noyabr-Yanvar ayları arasında keçirilir və dərslər Fevral ayında başlanır.

 

Müraciət zamanı necə ixtisas seçmək şansınız olacaq?

  • 3 ixtisas seçə bilərsiniz.

 

Toplam təhsil haqqları və ixtisaslar:

  • İktisat – 10.200 Tl
  • Maliye – 10.800 Tl
  • Uluslararası ilişkiler – 10.350Tl
  • Finans ekonomisi – 11.220 Tl
  • Kamu yönetimi – 14.400 Tl
  • Siyaset bilimi – 14.400 Tl
  • Pazarlama – 16.560 Tl
  • İnsan kaynakları – 17.940 Tl
  • MBA – 21.000 Tl

 

Qeyd: Toplam təhsil haqqı o deməkdir ki, sizin təhsilə başladığınız müddətdən bitirəcəyiniz müddətə qədər ödəməli olduğunuz məbləğ nəzərə alınır.

 

 

Müsahibə mərhələsi:

 

  • Tələbələr müvafiq olaraq seçdikləri ixtisaslar üzrə müsahibə olunacaqlar. Pandemiya dönəmində müsahibələr zoom üzərindən online olaraq keçirilir. Müsahibədə ümumi dünya görüşünüz və seçdiyiniz ixtisasla bağlı suallar soruşula bilər.

 

Kimlər müraciət edə bilər?

  • 4 illik bakalavr proqramından məzun olan hər kəs tezsiz magistratura ixtisaslarına müraciət edə bilər.

 

Qəbul və qeydiyyat mərhələsi:

 

  • Müsahibələrdən uğurlu olduğunuz təqdirdə universitet sizə qəbulla bağlı bildiriş göndərir və müəyyən vaxt ərzində qeydiyyatınızı tamamlamalı olacaqsınız. Qeydiyyatın sonunda sənədlərinizin əslini universitetə təqdim etməlisiz.

 

Önəmli qeyd: Son olaraq nəzərinizə çatdırmaq istəyirik ki, müraciət tarixlərini dəqiq bilməyinizüçün universitetin rəsmi saytını sıx sıx izləməlisiniz.

edde global