EDDE Academy olaraq, tələbələrin TOEFL imtahanına ən yaxşı şəkildə hazırlaşmalarını təmin edən hərtərəfli hazırlıq kursları təklif edirik. TOEFL (Test of English as a Foreign Language) – ingilis dili bacarıqlarını ölçən və dünya üzrə 11,000-dən çox universitet və təhsil müəssisəsi tərəfindən qəbul edilən beynəlxalq imtahandır. TOEFL sertifikatı, tələbələrin akademik mühitdə ingilis dilində səlis danışmaq, yazmaq, oxumaq və dinləmək bacarıqlarını təsdiqləyir.
TOEFL HAZIRLIQ KURSLARININ ÜSTÜNLÜKLƏRİ:
- Peşəkar Müəllimlər: Sertifikatlı və təcrübəli müəllimlərimiz imtahan strategiyalarını və effektiv hazırlıq üsullarını tələbələrə öyrədirlər.
- Müasir Tədris Proqramı: Kurslarımız TOEFL imtahanının dinləmə, oxuma, yazma və qrammatika bölmələrini əhatə edir və hər bir tələbənin fərdi ehtiyaclarına uyğun hazırlanmışdır.
- Real İmtahan Təcrübəsi: Müntəzəm sınaq imtahanları və real TOEFL test formatına uyğun tapşırıqlar tələbələrin imtahan stresi ilə mübarizə aparmasına və nəticələrini yaxşılaşdırmasına kömək edir.
- Fərdi Yanaşma: Hər bir tələbənin zəif tərəfləri üzərində işləyərək fərdi hazırlıq planı təqdim edirik.
- Onlayn və Əyani Dərslər: Həm onlayn, həm də ofisdə əyani dərslər mövcuddur.
EDDE ACADEMY – RƏSMİ TOEFL REFERAL AGENT
EDDE Academy, rəsmi TOEFL referal agenti olaraq tələbələrə xüsusi üstünlüklər təqdim edir:
- Xüsusi Endirimlər: İmtahana qeydiyyat zamanı xüsusi endirimlər və güzəştlər əldə edin.
- Ödənişsiz Sınaq Testləri: Real imtahan formatına uyğun pulsuz sınaq testləri ilə hazırlığınızı sınayın və inkişafınızı izləyin.
- İmtahan Məsləhətləri: TOEFL üzrə təcrübəli müəllimlərdən fərdi məsləhətlər və tövsiyələr alın.
