ALES nədir?
ALES (Akademik personel ve Lisansüstü Eğitime giriş Sınavı) Türkiyədə magistr və doktorantura təhsili almaq istəyən şəxslər üçün hazırlaşmalı olduqları ən vacib imtahandır. İldə noyabr və may olmaqla iki dəfə keçirilir. Riyaziyyat və Türkcədən ibarət olmaqda ümumilikdə 160 sualı əhatə edir. Lakin siz ixtisasınızdan asılı olaraq bu suallardan 120-i 3 saat ərzində cavablandırmalısınız. İxtisasdan asılı olaraq deyərkən nəzərdə tutual budur, yəni əgər siz mühəndissinizsə, o zaman sayısal ağırlıklı, humanitar sahəsizsə sözel ağırlıklı, əgər iqtisadiyyat (və ya bu tipli) sahələri seçirsizsə, o zaman eşit ağırlıklı olursuz. Belə ki,
Sayısal ağırlıklı olanlar sayısal 1, sayısal 2, sözel 1
Sözel ağırlıklı olanlar sayısal 1, sözel 1, sözel 2
Eşit ağırlıklı olanlar sayısal 1, sayısal 2, sözel 1 testlərini həll etməlidirlər. (Diqqət etdinizsə sayısal və eşit sahənin cavablandırmalı olduqları testlər eynidir, lakin burada həmin testlərin sizə gətirəcəyi ballar fərqlidir).
Sayısal 1, sayısal 2, sözel 1 və sözel 2 ayrı-ayrılıqda hər biri 40 testdən ibarətdir.
Yuxarıda sadalananlar çox qarışıq olduğu üçün bunu özünüzün görməyiniz çox önəmlidir.
İmtahan nəticəsinin hesablanma qaydası çox qarışıq olduğu və ildən-ilə dəyişdiyi üçün etdiyiniz sınaqların nəticəsini internetdə online hesablamanız məsləhətdir. Standart sapma deyilən anlayış var ki, bu bir sualı neçə nəfərin düzgün cavablandırmasından asılı olaraq sualın balının artmasına səbəb olur, buna görə də online nəticələr sizə nə qədər yaxın rəqəm göstərsə də dəqiq olmayacaqdır.
Qeyd: Yaxşı olar ki, işlədiyiniz sınağa uyğun olan hesablama sistemindən istifadə edəsiniz. Məsələn, əgər 2015 sonbahar çıkmış sorular işləyirsinizsə, 2015 ales puan hesaplama motorundan istifadə edəsiniz. İlkbahar və sonbahar olmasına da diqqət etməlisiz. Çünki dediyim kimi, standart sapma məsələsi sizin olduğundan artıq və ya əskik bal hesablamanıza səbəb ola bilər.
İmtahandan toplamalı olduğunuz minimum bal 55-dir. Lakin bəzi universitetlər var ki, 70+ bal istəyir, bəzisi 80+, bəzisi ümumiyyətlə ALES istəmir. Yəni bu universitetlərə, hətta ixtisaslara görə fərqlilik göstərə bilir.
ALES-ə hazırlıq
Bunun üçün iki yolunuz var: ya kursa getməli, ya da özünüz hazırlaşmalısız. Ümumilikdə götürəndə ilk baxışda suallar adama elə də çətin gəlmir, lakin suallar çox uzun olduqları və hər suala təxmini 1 dəq vaxt düşdüyü üçün əksər suallara baxmağa belə vaxt qalmır, nəinki həll etmək. Digər problem isə suallar elə seçilir ki, “5-ci sinif sualıdı, həll edərəm” deyib, həll edə bilməyib, əl çəkmək mümkün olmur və bir baxmısız 5 dəqiqəniz keçib, bir sözlə sual aludəçilik yaradır
Evdə hazırlıq zamanı ALES sualları paylaşılan qruplara qoşulsanız bilmədiyiniz sualların həllində sizə kömək olacaq. Kursa getmək şərt olmasa da (çünki ALESdə uğurlu olmaq üçün çox-çox çalışmanız kifayətdir) səhvlərinizi işləyəcək birinin olmaması maneə yarada bilər, bu səbəbdən də qruplara qoşulmaq mütləqdir.
Kursla hazırlaşmağın digər müsbət tərəfi odur ki, sizə imtahan qeydiyyat prosedurları zamanı kömək edəcəklər. Bunun üçün gedəcəyiniz kursu da diqqətlə seçməlisiniz.
İmtahana qeydiyyat: Təxminən oktyabrın əvvəllərindən başlayır. Qeydiyyatdan keçmək üçün ilk öncə ÖSYM , ÖSYM SSS linklərindən ətraflı məlumatı almalısınız, sonrasında isə qeyd olunan addımları izləməlisiniz.