🏛️ Haqqımızda
Şirkət haqqında
EDDE Global – 2018-ci ildə yaradılmış və xaricdə təhsil sahəsində etibarlı tərəfdaş kimi tanınan aparıcı bir şirkətdir. Missiyamız, tələbələrin beynəlxalq təhsil imkanlarına çıxışını artırmaq və onların akademik potensialını tam realizə etmələrinə dəstək olmaqdır.
EDDE Global, dünya üzrə 400-dən çox nüfuzlu universitetlə birbaşa əməkdaşlıq edir. Tərəfdaşlarımız arasında ABŞ, Birləşmiş Krallıq, Kanada, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Macarıstan, Latviya, Litva, Niderland, Avstraliya, Cənubi Koreya, Yaponiya, Sinqapur, Türkiyə və BƏƏ kimi ölkələrin qabaqcıl ali təhsil müəssisələri yer alır.
Şirkətimiz beynəlxalq ICEF, PIER və ST akkreditasiyalarına sahib olmaqla, xidmət keyfiyyətinin qlobal standartlara uyğunluğunu təsdiqləyir. Bu akkreditasiya, tələbələrə yüksək səviyyədə dəstək göstərmək üçün EDDE Global-ın etibarlılığını və peşəkarlığını nümayiş etdirir.
Biz tələbələrə universitet müraciətlərindən tutmuş, viza dəstəyi, yataqxana tapılması və təqaüd imkanlarının araşdırılmasına qədər bütün proseslərdə tam dəstək göstəririk. Bu, tələbələrin xaricdə təhsil almaq yolunda qarşılaşdıqları çətinlikləri minimuma endirir və onların rahat bir təhsil mühitinə sahib olmalarını təmin edir.
EDDE Global, hər bir tələbənin fərdi ehtiyaclarına uyğun, individual yanaşma tətbiq edərək, onların təhsil və karyera hədəflərinə çatmalarına kömək edir. Şirkətimizin əsas xidmətləri sırasında Foundation, Bakalavr, Magistratura, Doktorantura, Yay Məktəbləri və Dil Kursları proqramları mövcuddur.
Biz kimik?
Missiyamız
Tələbələrə akademik və karyera hədəflərinə çatmaları üçün ən yüksək səviyyədə məsləhət, dəstək və yönləndirmə xidmətləri təqdim etmək.
Vizyonumuz
Xaricdə təhsil sahəsində mükəmməlliyi təmin edərək, tələbələrə dünya miqyasında ən yaxşı universitetlərdə təhsil alma imkanları yaratmaq.
Akkreditasiyalarımız
ICEF, PIER, ST və Trainhub (Ethical Business Practices) sertifikatı ilə təsdiqlənmiş xidmət keyfiyyəti.
Tərəfdaşlarımız
Dünya üzrə 400-dən çox universitet və təhsil qurumu ilə birbaşa əməkdaşlıq.
Onlar bizi tövsiyə edir
“Azərbaycanda bizi tanıdan, tələbələrlə aramızda körpü olan bir tərəfdaş var – Edde Global. Onlar sadəcə bir təhsil şirkəti deyil, tələbələrin arzularını gerçəyə çevirən bir yol yoldaşıdır. Çünki fərqli akademik keçmişi olan hər bir gəncin yanında dayanır, ona dəstək verir və yol göstərirlər. Biz birlikdə Azərbaycanda çox işlər gördük: radio dalğalarında səsimiz eşidildi, podkastlarda hekayələrimiz danışıldı, yüzlərlə tələbənin iştirak etdiyi seminarlar təşkil etdik. Bu tədbirlər vasitəsilə Azərbaycanlı gənclərə daha da yaxın olduq. Əgər sən də xaricdə təhsil arzusuna doğru addımlayırsansa, əlavə dil və ya akademik hazırlığa ehtiyac duyursansa, növbəti təhsil yolunda peşəkar məsləhət axtarırsansa – Edde Global sənin ən doğru ünvanındır. Onlar sadəcə istiqamət göstərmir, həm də arzularına gedən yolda yanında olurlar”
“EDDE Global şirkətinə dərin təşəkkürümü bildirirəm. Övladımın xaricdə təhsil alması ilə bağlı bütün mərhələlərdə şirkət peşəkar yanaşma nümayiş etdirmiş, sənədləşmə və universitet seçimi prosesində bizi dəqiq və vaxtında məlumatlandırmışdır. Əməkdaşların məsuliyyətli və diqqətli fəaliyyəti nəticəsində biz bütün prosedurları problemsiz şəkildə tamamladıq. EDDE Global-ın göstərdiyi dəstək və etibarlılıq valideyn olaraq bizdə tam məmnunluq yaratmışdır. Xaricdə təhsil planlaşdıran hər kəsə bu şirkəti tövsiyə edirəm”
“Xidmətlərindən istifadə etdikdən sonra göstərdiyiniz diqqət, peşəkarlıq və keyfiyyətə görə sizə dərin təşəkkürümü bildirirəm. İşinizə olan yanaşmanız və müştərilərə göstərdiyiniz qayğı, şirkətinizin yüksək standartlara sadiqliyini bir daha sübut edir. Sizinlə əməkdaşlıq etməkdən çox məmnun qaldım və xidmətlərinizdən faydalanmaq istəyən hər kəsi sizi tövsiyə etməkdən çəkinmərəm. Gələcək işlərinizdə sizə uğurlar arzulayıram!”
“Edde Global, xaricdə təhsil sahəsində geniş təcrübəyə malik peşəkar bir şirkətdir. Şirkət, demək olar ki, dünyanın bütün aparıcı universitetlərində təhsil almaq üçün geniş imkanlar təqdim edir. Peşəkar yanaşmaları və dəqiq məlumatları sayəsində tələbələrin arzularını reallaşdırmağa kömək edir. Hal-hazırda Edde Globalın dəstəyi ilə mənim üç övladım xaricdə təhsil alır. Edde Global ilə çalışmaq, gələcək üçün uğurlu bir təhsil yoluna bir vasitədir. Belə getsə özüm də 4-cü təhsilimi bu şirkətlə həyata keçirəyəm “Beşikdən qəbr evinəcən elm öyrənin” buyurub əziz Peyğəmbərimiz(s)”
“Qızımızın xaricdə təhsil alması üçün gərəkli proses və prosedurlarla ilgili yaşadığımız stresi EDDE Global ekibi üstləndi və bizə çok yardım etti. Bu sayede evladımız İtalya’da təhsil almaya başladı. Hala da her türlü soru ve ihtiyacımıza hemen geri dönüyorlar. Başta Miryusif bey olmakla tüm EDDE Global ekibine profesyonel yaklaşımı için çok teşekkür ediyoruz.”
“EDDE Global MMC-də həyata keçirilən işlərin düzgünlüyünə və səmərəliliyinə tam əminliyimizi ifadə edirik. Şirkətdə aparılan audit işlərinin nəticələri yüksək peşəkarlıq və şəffaflıqla icra olunduğunu göstərir. Əldə olunan nəticələr əsasında, EDDE Global MMC-ni birmənalı şəkildə tövsiyə edirik.”
“EDDE Global beynəlxalq təhsil sahəsində yüksək nüfuza malik bir şirkətdir. Tələbələrə göstərilən peşəkar yanaşma və dəstək barədə çoxsaylı müsbət rəylər eşitmişəm. Bu, şirkətin öz sahəsində etibarlı və peşəkar bir tərəfdaş olduğunu təsdiqləyir.”
“İstanbul Universitetinə qəbul zamanı göstərdiyiniz əvəzsiz dəstəyə görə sizə dərin minnətdarlığımı bildirirəm. Komandanızın peşəkar yanaşması sayəsində müraciət prosesi çox sürətli və problemsiz tamamlandı. Təqdim etdiyiniz ətraflı və dolğun məlumatlar ixtisas seçimində bizim üçün böyük rahatlıq yaratdı. Xaricdə təhsil almağı arzulayan hər kəsə sizin xidmətlərinizi könül rahatlığı ilə tövsiyə edir, işlərinizdə davamlı uğurlar arzu edirəm!”
“Bacımın oğlu hələ ali məktəb seçimini etməmişdi. İxtisası və hansı universitetdə oxumaq istədiyi barədə çox düşündü, amma tərəddüdləri var idi. EDDE Global-la tanış olduqdan sonra bütün proses aydınlaşdı – o, nəinki sevdiyi ixtisasa, həm də xəyal etdiyi universitetə qəbul aldı. Təhsil məsələsində hər kəsə güvənmirəm. Amma bu yolda yanımda olan peşəkar və etibarlı tərəfdaş mənim üçün sadəcə şirkət yox, güvəndiyim yol yoldaşı kimidir. Xaricdə təhsil barədə sualım olanda ilk yada düşən ünvan da elə odur. Əgər siz də xaricdə təhsil haqqında düşünürsünüzsə, tərəddüd etmədən müraciət edə bilərsiniz”
“Övladlarımın xaricdə təhsil məsələsində peşəkar dəstək axtarışında idim və tanışlarımın tövsiyəsi ilə bu sahədə uzun illərdir fəaliyyət göstərən EDDE Global şirkətinə müraciət etdim. Etimadım məni yanıltmadı və şirkətindən aldığımız xidmət nəticəsində övladlarımın arzu etdikləri universitetlərə qəbulu gözlədiyimdən daha sürətli və rahat şəkildə reallaşdı. Bu şirkətin peşəkarları sənədləşmə işlərində də bizə dəstək oldu və qısa müddətdə qeydiyyatımız tamamlandı. Hər bir valideyn üçün həyəcanlı və gərgin sayılan bu prosesdə bizi hər zaman dəstəkləyən, işimizi asanlaşdıran EDDE Global komandasına dərin təşəkkürlərimi bildirirəm”
“EDDE Global, Azərbaycan və Türkiyə Təhsil Əlaqələrində Mühüm Rol Oynayır İstinye Universiteti Uluslararası İlişkiler Daire Başkanı İsmail Çiftçi, EDDE Globalın Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin güclənməsindəki əhəmiyyətini vurğuladı. “Azərbaycan, zəngin tarixi və mədəniyyəti ilə Türkiyənin ən yaxın qardaş ölkələrindən biridir. EDDE Global, yalnız tələbələri universitetlərə yönləndirməkdən daha çox, onlarla məzuniyyətə qədər əlaqədə qalır və universitetlər ilə güclü münasibətlər qurur”, deyə İsmail Çiftçi qeyd edib. Çiftçi, “Study in Turkey” layihəsinə verdiyi töhfələrə görə EDDE Global-ın komandasına təşəkkür edərək, bu əməkdaşlığın əhəmiyyətini vurğulayıb.”
“Edde Global, öğrencileri kabiliyetlerine göre en doğru program ve en doğru üniversiteye yönlendiren, hem öğrencilerin istek ve ihtiyaçlarını hem de üniversitelerin beklentilerini en iyi şekilde karşılayan örnek bir danışmanlık firmasıdır. Bugüne kadar göstermiş oldukları özenli çalışma, yardımseverlik ve kıymetli işbirliği için sonsuz teşekkür ederim. Umuyorum ki önümüzdeki süreçte çok daha parlak projelere imza atacaklardır”
“Edde Global temsil ettiği kurumu çok iyi tanıyan, kurum profiliyle birebir örtüşen hedef kitleyi iyi tespit eden tam anlamıyla danışmanlık şirketi. Doğru kitleyi doğru kuruma yönlendirme konusunda oldukça başarılı bir şirket. Hızlı iletişim kurulan, follow up konusunda oldukça titiz ve hem öğrenciler hem de kurumlar için güven veren bir kurum. Edde Globalle çalışmaktan biz çok memnunuz”
“EDDE Global sadəcə tərəfdaş deyil, həm də ailədir. EDDE bizim etibarlı şirkətimiz və Azərbaycandakı yeganə rəsmi agentliyimizdir. İki ildir birgə çalışırıq. 61 ölkədən tələbələrimiz var, lakin Azərbaycan tamamilə başqadır. Bağlarımızı və dostluğumuzu, mədəniyyətimizi və ölkələrimizin dostluğunu hər zaman gücləndirməliyik. BAU Kipr və EDDE Global arasındakı bu uğurlu əməkdaşlıq beynəlxalq təhsil sahəsində nümunədir. Etimad, dostluq və ortaq məqsədlərə əsaslanan bu tərəfdaşlığın gələcəkdə də bir çox uğura imza atması gözlənilir”
Gələcəyinizi bizimlə planlaşdırın və xaricdə təhsil almaq arzusunu EDDE Global ilə gerçəkləşdirin!
Əlaqə
Gələcəyinizi bizimlə planlaşdırın
Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.
