EDDE Global GUS Partner Luncheon Berlin 2026 tədbirində
EDDE Global direktoru Miryusif Cavadzadə Berlində GUS Partner Luncheon tədbirində iştirak etdi. GUS şəbəkəsi və onun Böyük Britaniya, Almaniya və Kanadadakı universitetləri haqqında.

EDDE Global-ın direktoru Miryusif Cavadzadə Berlində Global University Systems (GUS) tərəfindən təşkil olunan GUS Partner Luncheon tədbirində iştirak etdi.
Tədbirdə GUS rəhbərliyinin "Leadership Insights: The Future of Global Education" mövzusunda çıxışı dinlənildi və beynəlxalq təhsilin gələcəyi müzakirə olundu. GUS komandası və universitet nümayəndələri ilə əməkdaşlığın növbəti addımları müzakirə edildi.
GUS nədir?
Global University Systems (GUS) dünyanın müxtəlif ölkələrində universitet və ali təhsil müəssisələrini birləşdirən beynəlxalq təhsil şəbəkəsidir. Şəbəkəyə Böyük Britaniya, Almaniya və Kanadada fəaliyyət göstərən universitetlər daxildir.
GUS şəbəkəsinə daxil olan universitetlər
- The University of Law — Böyük Britaniya
- Arden University — Böyük Britaniya və Almaniya
- BSBI (Berlin School of Business and Innovation) — Almaniya
- GISMA — Almaniya
- University of Europe for Applied Sciences — Almaniya
- University Canada West — Kanada
Bu universitetlər tələbələr üçün Böyük Britaniya, Almaniya və Kanadada geniş təhsil imkanları yaradır.
Əlaqə
Suallarınız var?
Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.



