EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / EDDE Academy / TOEFL

🌍 EDDE Academy

TOEFL

EDDE Academy olaraq, tələbələrin TOEFL imtahanına ən yaxşı şəkildə hazırlaşmalarını təmin edən hərtərəfli hazırlıq kursları təklif edirik. TOEFL (Test of English as a Foreign Language) – ingilis dili bacarıqlarını ölçən və dünya üzrə 11,000-dən çox universitet və təhsil müəssisəsi tərəfindən qəbul edilən beynəlxalq imtahandır.

11 000+Universitet və təhsil müəssisəsi TOEFL-i qəbul edir

TOEFL sertifikatı, tələbələrin akademik mühitdə ingilis dilində səlis danışmaq, yazmaq, oxumaq və dinləmək bacarıqlarını təsdiqləyir.

TOEFL hazırlıq kurslarının üstünlükləri

  • Peşəkar Müəllimlər: Sertifikatlı və təcrübəli müəllimlərimiz imtahan strategiyalarını və effektiv hazırlıq üsullarını tələbələrə öyrədirlər.
  • Müasir Tədris Proqramı: Kurslarımız TOEFL imtahanının dinləmə, oxuma, yazma və qrammatika bölmələrini əhatə edir və hər bir tələbənin fərdi ehtiyaclarına uyğun hazırlanmışdır.
  • Real İmtahan Təcrübəsi: Müntəzəm sınaq imtahanları və real TOEFL test formatına uyğun tapşırıqlar tələbələrin imtahan stresi ilə mübarizə aparmasına və nəticələrini yaxşılaşdırmasına kömək edir.
  • Fərdi Yanaşma: Hər bir tələbənin zəif tərəfləri üzərində işləyərək fərdi hazırlıq planı təqdim edirik.
  • Onlayn və Əyani Dərslər: Həm onlayn, həm də ofisdə əyani dərslər mövcuddur.

EDDE Academy – rəsmi TOEFL referal agent

EDDE Academy, rəsmi TOEFL referal agenti olaraq tələbələrə xüsusi üstünlüklər təqdim edir:

  • Xüsusi Endirimlər: İmtahana qeydiyyat zamanı xüsusi endirimlər və güzəştlər əldə edin.
  • Ödənişsiz Sınaq Testləri: Real imtahan formatına uyğun pulsuz sınaq testləri ilə hazırlığınızı sınayın və inkişafınızı izləyin.
  • İmtahan Məsləhətləri: TOEFL üzrə təcrübəli müəllimlərdən fərdi məsləhətlər və tövsiyələr alın.

TOEFL imtahanında uğur qazanın!

Qeyd: Mərkəzimizə yaxınlaşarkən şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın

Əlaqə

TOEFL kursuna qeydiyyat

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 61, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.