EDDE Global yeni layihəsini təqdim edir: UNINAZERBAIJAN — xarici tələbələri Azərbaycana gətiririk
EDDE Global UNINAZERBAIJAN layihəsini işə saldı: xarici tələbələrə Azərbaycan universitetlərinə qəbul, viza və yerləşmədə dəstək.

EDDE Global 2018-ci ildən Azərbaycan tələbələrinin xaricdə təhsil almasına dəstək olur. Bu gün yeni bir istiqamətə başlayırıq: xarici tələbələri Azərbaycana gətirmək.
Niyə bu layihə?
Rəhbərimiz Miryusif 10 ildən artıqdır beynəlxalq təhsil sahəsində çalışır. Onun sözləri ilə:"Xaricə hər səfərimdə eyni fikir ağlımdan keçirdi: Azərbaycana da daha çox xarici tələbə gəlməlidir. Bu, həm ölkəmizin iqtisadi gücüdür, həm də buradan məzun olan hər tələbə bizim mədəni səfirimiz olur."
UNINAZERBAIJAN nə təklif edir?
- 15 universitet, 1 000-dən çox proqram: bakalavr, magistr, PhD və hazırlıq, 2026/27 təhsil haqları ilə.
- 7 dildə xidmət: ingilis, rus, türk, fars, ərəb, urdu və hind.
- Tam dəstək: universitet seçimi, sənədlər, qəbul məktubu, viza, Bakıya gəliş və qeydiyyat.
- Pulsuz konsultasiya: onlayn və ya WhatsApp ilə.
Kimlər üçündür?
Azərbaycanda təhsil almaq istəyən xarici tələbələr, onların valideynləri, həmçinin xaricdəki təhsil agentlikləri üçündür. Layihənin saytı: uninazerbaijan.com Vətənə, millətə xeyirli olsun!Əlaqə
Suallarınız var?
Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.
📍 Əliyar Əliyev 159, N.Nərimanov ray., Bakı, AZ1052



