EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / EDDE Academy / PTE ACADEMIC

💻 EDDE Academy

PTE ACADEMIC

EDDE Academy olaraq, tələbələrin PTE Academic imtahanına peşəkar və effektiv şəkildə hazırlaşmalarını təmin edən xüsusi hazırlıq kursları təqdim edirik. Pearson Test of English Academic (PTE Academic), ingilis dili bacarıqlarını akademik səviyyədə qiymətləndirən və dünyanın 3,000-dən çox universiteti, eləcə də immiqrasiya qurumları tərəfindən qəbul edilən beynəlxalq imtahandır.

3 000+Universitet və immiqrasiya qurumu qəbul edir

PTE Academic hazırlıq kurslarının üstünlükləri

  • Peşəkar Müəllimlər: Sertifikatlı və təcrübəli müəllimlərimiz, tələbələrə imtahanın strukturu, tapşırıqlar və effektiv strategiyalar haqqında dərindən məlumat verir.
  • Kompleks Hazırlıq: Kurslarımız dinləmə, oxuma, yazma və qrammatika bacarıqlarının hərtərəfli inkişafını təmin edir.
  • Real İmtahan Təcrübəsi: Müntəzəm sınaq imtahanları və real PTE formatına uyğun tapşırıqlar tələbələrin imtahan stresi ilə mübarizə aparmasına və nəticələrini yaxşılaşdırmasına kömək edir.
  • Fərdi Yanaşma: Hər bir tələbənin zəif tərəfləri üzərində işləyərək fərdi hazırlıq planı qururuq.
  • Onlayn və Əyani Dərslər: Həm onlayn, həm də ofisdə keçirilən dərslər mövcuddur.

EDDE Academy – rəsmi PTE referal agent

EDDE Academy, rəsmi PTE referal agenti olaraq tələbələrə xüsusi təkliflər və üstünlüklər təqdim edir:

  • Xüsusi Endirimlər: PTE Academic imtahanına qeydiyyat zamanı eksklüziv endirimlərdən yararlanın.
  • Ödənişsiz Sınaq Testləri: Real imtahan formatına uyğun sınaq testləri ilə hazırlığınızı sınayın və irəliləyişinizi izləyin.
  • Fərdi Məsləhətlər: PTE üzrə təcrübəli müəllimlərdən fərdi məsləhətlər və strategiyalar alın.

PTE Academic imtahanında yüksək nəticə əldə edin!

Qeyd: Mərkəzimizə yaxınlaşarkən şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın

Əlaqə

PTE kursuna qeydiyyat

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 61, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.