
Türkiyədə magistr təhsili üçün müraciət edənlərin sayı ildən-ilə artmaqdadır. Tələbələr arasında üstünlük əsasən Tükiyənin Dövlət Universitetlərinə verilir. Bakalavr təhsilini bitirən hər bir tələbə Türkiyədə Magistr təhsil pilləsi üzrə təhsil ala bilər. Magistr təhsil pilləsinə qəbul bir neçə mərhələdə aparılır:
Türkiyədə magistr təhsili tezli və tezsiz olmaqla 2 yerə bölünür.
Tezli təhsil – 2 il
Tezsiz təhsil – 1- 1.5 il
TÜRKİYƏDƏ MAGİSTR TƏHSİLİNİ HANSI UNİVERSİTETLƏRDƏ ALA BİLƏRSİNİZ?
1) İmtahanla qəbul edən universitetlər (ALES, YDS, TÖMER və MULAKAT)
- İstanbul Texnik Universiteti
- Gazi Universiteti
- İstanbul Universiteti (məlumat üçün klik edin)
- Marmara Universiteti
- Akdeniz Universiteti
- Hacettepe Universiteti
- Boğaziçi Universiteti
- Ankara Universiteti
- Erzurum Texnik Universiteti
- Dokuz Eylül Universiteti
- Ege Universiteti
- Karabük Universiteti və.s
2) İmtahansız qəbul edən universitetlər
- Zonguldak Bülent Ecevit Universiteti
- Yalova Universiteti
- Eskişehir Osmangazi Universiteti
- On dokuz Mayıs Universiteti (Samsun)
- Aksaray Universiteti
- Anadolu Universiteti
- Giresun Universiteti
- Sakarya Universiteti,
- Uşak Universiteti
- Süleyman Demirel Universiteti
- Balıkesir Universiteti
- Sinop Universiteti
- Nevşehir Universiteti
- Niğde Universiteti
- Ahi Evran Üniversiteti
- Kırklareli Universiteti
TƏLƏB OLUNAN SƏNƏDLƏR
✦ Bakalavr Diplomu və ya məzuniyyət bəlgəsi ( Türk dilində tərcümə təsdiq )
✦ Akademik Transkript ( Türk dilində tərcümə təsdiq )
✦ 2 ədəd akademik referans ( Türk dilində tərcümə təsdiq )
✦ Pasport ( Türk dilində tərcümə təsdiq )
✦ CV
✦ Şəkil 2 ədəd 3×4 ölçüdə
TÜRKİYƏDƏ DÖVLƏT UNİVERSİTETİNDƏ İNGİLİS DİLİNDƏ MAGİSTR TƏHSİLİ ALMAQ MÜMKÜNDÜRMÜ ?
Türkiyədə dövlət üniversitetlərində ingilis dilində təhsil mümkündür. Yıldız teknik Universiteti, İstanbul Teknik Universiteti, İstanbul Universiteti, Boğaziçi Universiteti, Ankara Universiteti, Akdeniz Universiteti, Marmara kimi universitetlərdə ingilis dilində təhsil ala bilərsiniz.
Bunun üçün aşağıdakı şərtlər tələb olunur:
– YDS balı və ya TOEFL 70-80 olması
– TÖMER sertifikatı
– Mulakat
– Diplom Ortalaması min 80
QEYD: Bakalavr təhsilini ingilis dilində alan tələbələrə YDS imtahanı tələb olunmur.
Türkiyədə magistr 2027: yenilənmiş qısa bələdçi
Türkiyədə magistr proqramları tezisli və tezissiz olur; tezisli proqramlar akademik karyera üçün, tezissiz proqramlar isə daha çox iş həyatına yönəlib. Dövlət universitetlərində qəbul çox vaxt ALES (və ya GRE/GMAT) və dil balı ilə, özəl universitetlərdə isə diplom ortalaması, dil sertifikatı və müsahibə ilə aparılır.
Əsas sənədlər: bakalavr diplomu və transkript, pasport, dil sertifikatı, motivasiya məktubu və CV. Ətraflı siyahı üçün xaricdə təhsil üçün sənədlər və motivasiya məktubu yazılarına baxın.
Ölkə haqqında ümumi məlumat: Türkiyədə təhsil. Digər ölkələrlə müqayisə üçün magistr müraciəti 2027 və magistr təqaüdləri.
Qısa suallar
Türkiyədə magistr neçə il çəkir? Adətən tezisli 2 il, tezissiz 1–1,5 il.
İngilis dilində proqram varmı? Bəli, xüsusən özəl universitetlərdə geniş seçim var.
Qiymətlər nə qədərdir? Universitet və ixtisasa görə dəyişir; universitetlər üzrə cari qiymətlər üçün EDDE Global ilə əlaqə saxlayın və ya ödənişsiz konsultasiya alın.
Ümumi yol xəritəsi: xaricdə təhsil 2027.

