EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / Xaricdə təhsil / Doktorantura Təhsili

🔬 Xaricdə təhsil

Doktorantura Təhsili

EDDE Global olaraq, tələbələrimizə hibrid və əyani formatda doktorantura proqramları təklif edirik. Elmi araşdırmalarla məşğul olmaq və akademik karyera qurmaq istəyənlər üçün hərtərəfli dəstək təqdim edirik. Geniş əməkdaşlıq şəbəkəmiz sayəsində, tələbələrimiz müxtəlif ölkələrdə yüksək keyfiyyətli və tanınmış doktorantura proqramlarına qəbul ola bilərlər.

Hibrid Doktorantura Proqramları

  • Yalnız Qeydiyyat və İmtahan İştirakı: Hibrid formatda təhsil zamanı siz dərsləri onlayn olaraq keçirsiniz və yalnız qeydiyyat, seminarlar və imtahanlar üçün universitetə gedirsiniz.
  • Uyğun Ölkələr: Şimali Kipr, Türkiyə, Avropa (İspaniya, Polşa, Almaniya), UK və digər ölkələrdə hibrid doktorantura proqramları mövcuddur.
  • Rəsmi Tanınan Diplomlar: Hibrid təhsil formatında təqdim olunan diplomlar rəsmi olaraq tanınır və beynəlxalq səviyyədə qəbul edilir.
  • Çevik Tədris: Hibrid təhsil işləyən tələbələr üçün ideal seçimdir, çünki dərslər onlayn olaraq keçirilir və siz öz araşdırmalarınızı rahatlıqla davam etdirə bilərsiniz.

Əyani Doktorantura Proqramları

  • Əyani Təhsil: Əyani doktorantura proqramları tələbələrin universitetdə tam zamanlı iştirakını tələb edir və dərslər, seminarlar, laboratoriya işləri kampusda keçirilir.
  • Elmi Araşdırma İmkanları: Əyani təhsil formatı tələbələrə universitetin araşdırma mərkəzlərində, laboratoriyalarında və akademik resurslarından istifadə edərək, elmi araşdırmalar aparmaq imkanı verir.
  • Beynəlxalq Əməkdaşlıq: Əyani doktorantura proqramları, tələbələrə universitet professorları və akademik heyətlə daha sıx əməkdaşlıq etmək imkanı yaradır, bu da elmi işlərin keyfiyyətini artırır.
  • Müxtəlif Ölkələr: Avropa, Amerika, Kanada, Almaniya, Polşa və digər qabaqcıl ölkələrin top universitetlərində əyani doktorantura proqramları mövcuddur.

İstinye Universiteti ilə eksklüziv imkan

EDDE Global, doktorantura pilləsi üzrə təhsildə İstinye Universiteti ilə eksklüziv anlaşmaya sahibdir və Azərbaycanlı tələbələrə özəl illik haqqı və imtiyazlarla təhsil imkanları təqdim edir. Tərəfdaşlıq çərçivəsində proqramların 12.500 ABŞ dolları məbləğində olan təhsil haqqı 5.800 dollara, yəni illik 1.450 dollara endirilib.

EDDE Global ilə Doktorantura Təhsilinizə Başlayın

Bizim peşəkar komandamız, doktorantura proqramlarına qəbul üçün lazım olan sənədlərin hazırlanması, elmi işlərin yazılması və qəbul prosesi zamanı sizə hərtərəfli dəstək göstərəcəkdir. Tələbələrimizin uğuruna fokuslanaraq, onlara fərdi yanaşma tətbiq edirik.

Əlaqə

Daha ətraflı məlumat və rezervasiya üçün bizimlə əlaqə saxlayın

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 61, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.