FAQ
Xaricdə təhsil üçün müraciət prosesinə necə başlaya bilərəm?
İlk addım olaraq, bizimlə əlaqə saxlayın və pulsuz konsultasiya üçün görüş təyin edin. Məsləhətçilərimiz sizə uyğun universitet və proqram seçimində kömək edəcək.
Xaricdə təhsil almaq üçün hansı ölkələrdə universitetlər təklif edirsiniz?
Bizim təklif etdiyimiz ölkələr arasında ABŞ, Kanada, İngiltərə, Avstraliya, Almaniya, Polşa, Macarıstan, Latviya, İtaliya, Türkiyə, Litva, Cənubi Koreya, Malayziya, Malta və s. var.
Xaricdə tibb təhsili almaq üçün hansı şərtlər tələb olunur?
Yüksək GPA, IELTS/TOEFL kimi dil sertifikatı, motivasiya məktubu və bəzi hallarda giriş imtahanı tələb olunur. Bizim vasitəmizlə müxtəlif ölkələrdə tibb üzrə təhsil ala bilərsiniz.
Xaricdə imtahansız təhsil almaq mümkündürmü?
Bəli, bəzi universitetlər imtahansız qəbul təklif edir.
Xaricdə təhsil müddətində işləmək mümkündürmü?
Çox ölkədə tələbələrə həftəlik 15-20 saat işləməyə icazə verilir.
Referans məktubu nədir və necə yazılmalıdır?
Referans məktubu müəllim və ya işəgötürən tərəfindən yazılan və sizin bacarıqlarınızı təsdiqləyən məktubdur.
Motivasiya məktubu nədir və nə üçün yazılmalıdır?
Motivasiya məktubu, seçdiyiniz proqram və universiteti niyə seçdiyinizi izah edən sənəddir.
Tərcümə təsdiqi üçün hara müraciət edilməlidir?
Rəsmi tərcümə bürosuna və ya notarial təsdiqli tərcüməçilərə müraciət edilməlidir.
İngilis dili biliyi sertifikatı tələb olunurmu?
Bəli, çox ölkələr IELTS, TOEFL, Duolingo kimi sertifikatlar tələb edir.
Müraciət üçün hansı sənədlər tələb olunur?
Pasport, attestat/diplom, transkript, referans məktubu, motivasiya məktubu, dil sertifikatı, CV və digər əlavə sənədlər.
Müraciət son tarixləri nə zaman olur?
Universitetdən asılıdır. Məsləhətçilərimiz sizə dəqiq məlumat təqdim edir.
Təqaüd üçün müraciət edə bilərəmmi?
Bəli, müxtəlif təqaüd proqramları mövcuddur.
Viza müraciətinə dəstək göstərirsinizmi?
Bəli, viza sənədlərinin hazırlanmasında dəstək veririk.
Yataqxana tapmaqda kömək edirsinizmi?
Bəli, yataqxana və yaşayış ayarlanması üçün dəstək göstəririk.
Dil kursları təklif edirsinizmi?
Bəli, IELTS, TOEFL, Duolingo və digər hazırlıq kursları var.
Minimum GPA tələbi varmı?
Bəzi universitetlər tələb edir, lakin uyğun alternativlər mövcuddur.
Online təhsil proqramları mövcuddurmu?
Bəli, bir çox universitet online və hibrid təhsil təklif edir.
Pre-Master proqramı nədir?
Magistratura üçün hazırlıq mərhələsidir və GPA və dil səviyyəsi aşağı olan tələbələr üçün uyğundur.
Yay məktəbləri üçün müraciət edə bilərəmmi?
Bəli, yay məktəbi proqramları mövcuddur.
International Year One nədir?
Foundation və 1-ci kursun birləşdirilmiş formasıdır və tələbələrin birbaşa 2-ci kursdan davam etməsinə imkan verir.
Yaş məhdudiyyəti varmı?
Universitetdən asılı olaraq dəyişir.
Valideynlər üçün viza mümkündürmü?
Bəzi ölkələrdə tələbə valideynləri üçün qısamüddətli viza mümkündür.
Dil imtahan nəticələri universitetə necə göndərilir?
IELTS, TOEFL və digər nəticələr imtahan sistemindən birbaşa göndərilir.
Tezli və Tezsiz magistratura fərqi nədir?
Tezli – elmi araşdırma və dissertasiya tələb edir (2 il).
Tezsiz – layihə və imtahanlarla tamamlanır (1-1.5 il).
Maliyyə dəstəyi varmı?
Təqaüd və güzəştlər mümkündür.
İxtisas dəyişmək mümkündürmü?
Bəli, Foundation və Pre-Master vasitəsilə mümkündür.
Dil hazırlığından sonra qəbul ola bilərəmmi?
Bəli, tələb olunan səviyyəni tamamladıqdan sonra qəbul mümkündür.
Sənədlər hansı dildə olmalıdır?
Əksər universitetlər üçün ingilis dilində notarial tərcümə tələb olunur.
Qəbul məktubu nə vaxt verilir?
Adətən 1–8 həftə ərzində.
Tibbi sığorta tələb olunurmu?
Bəli, əksər ölkələr tələb edir.
Müraciət ödənişi varmı?
Bəzi universitetlər tələb edir, lakin EDDE Global ilə çox hallarda ödənişsiz olur.
Hansə dil kursları mövcuddur?
IELTS, TOEFL, Duolingo, PTE, General English və Alman dili kursları.
Pre-Master kursları hara aiddir?
İngiltərə, Amerika və digər ölkələrdə mövcuddur.
GPA azdırsa nə etməli?
Foundation və Pre-Master proqramları seçilə bilər.
Təhsil haqqı necə ödənilir?
Birbaşa universitet portalı və ya bank vasitəsilə.
Yataqxana rezervasiya necə edilir?
Biz rezervasiya dəstəyi təqdim edirik.
Sosial fəaliyyətlərə qoşula bilərəmmi?
Bəli, universitetlərdə müxtəlif klublar var.
IELTS neçə olmalıdır?
Minimum bal proqramdan asılı olaraq dəyişir, lakin adətən 5.5-dən başlayır.
Hansı universitetlər imtahansız qəbul edir?
Bir çox Avropa və Şimali Kipr universitetləri imtahansız qəbul təklif edir.
Kredit transferi mümkündürmü?
Bəli, kredit transferi ilə davam etmək olar.
İş təcrübəsi tələb olunurmu?
Bəzi magistratura və xüsusilə MBA proqramlarında tələb oluna bilər.
Viza proseduru harada sadədir?
Polşa, Macarıstan və Baltikyanı ölkələrdə prosedur daha sadədir.
Populyar təqaüdlər hansılardır?
Chevening, DAAD, Erasmus+, Fulbright, Visby və Azərbaycan Dövlət Proqramı.
Xaricdə tibb təhsili mümkündürmü?
Bəli, Polşa, Almaniya, Macarıstan və Türkiyə kimi ölkələrdə mümkündür.
Hansı ölkələr daha sərfəlidir?
Litva, Latviya, Polşa, Macarıstan və Türkiyə daha sərfəlidir.
EDDE Global tələbələrə necə dəstək olur?
Müraciət, viza, yaşayış, akademik məsləhət və imtahan hazırlığı ilə tam dəstək göstəririk.
Təhsil bitəndən sonra orada qala bilərəm?
Bəzi ölkələr məzunlara 1–3 il işləmək üçün Post-Study Work Visa təqdim edir.