EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / EDDE Academy / GMAT

📊 EDDE Academy

GMAT

GMAT (Graduate Management Admission Test), xüsusi olaraq biznes məktəbləri, MBA (Master of Business Administration), menecment və maliyyə magistraturası proqramları üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış imtahandır. Bu imtahan namizədin biznes mühitində qərarvermə və analiz bacarıqlarını ölçür.

İmtahanın strukturu (GMAT Focus Edition)

İmtahan 3 bərabər bölmədən ibarətdir (esse/inşalar bu formatdan çıxarılıb):

  • Quantitative Reasoning (Riyazi məntiq): Data analizi deyil, sırf riyazi problemləri həll etmə bacarığını yoxlayır. Bu bölmədə kalkulyatordan istifadə etmək qadağandır.
  • Verbal Reasoning (Sözlü məntiq): Tənqidi düşüncə və oxuduğunu anlama bacarığını ölçür. GRE-dən fərqli olaraq, burada çətin sözləri əzbərləmək yox, məntiqi arqumentləri tapmaq vacibdir.
  • Data Insights (Məlumat analizi): Qrafiklər, cədvəllər və fərqli mənbələrdən gələn biznes məlumatlarını analiz etmək bacarığını yoxlayır. Yalnız bu bölmədə ekrandakı kalkulyatordan istifadə etmək olar.

Balların hesablanması

Hər üç bölmə eyni dərəcədə ümumi bala təsir edir. Toplam bal 205 ilə 805 arasında dəyişir.

Kimlər üçün uyğundur?

Gələcəkdə idarəçi, biznes meneceri, maliyyəçi olmaq istəyən və top biznes məktəblərində (məsələn, Harvard, INSEAD, LBS) MBA oxumağı hədəfləyənlər üçün.

Əlaqə

GMAT hazırlığına qeydiyyat

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 61, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.