Duolingo English Test (DET) – tələbələrin ingilis dili bacarıqlarını qısa müddət ərzində qiymətləndirən sürətli və rahat bir imtahandır. Bu imtahan, dünya üzrə 4,000-dən çox universitet və ali təhsil müəssisəsi tərəfindən qəbul edilir. Duolingo English Test, ingilis dili bacarıqlarını qiymətləndirmək üçün innovativ üsullar təqdim edir və ənənəvi imtahanlardan fərqli olaraq, evdən çıxmadan onlayn şəkildə keçirilir.
DUOLINGO ENGLISH TEST-İN ÜSTÜNLÜKLƏRİ:
- Onlayn İmtahan: İmtahanı rahatlıqla öz evinizdən, yalnız kompüter və internet bağlantısı ilə verə bilərsiniz.
- Sürətli Nəticələr: Nəticələriniz cəmi 2 gün ərzində hazır olur.
- Dünya Üzrə Tanınır: ABŞ, Kanada, Avstraliya və Avropa ölkələrinin aparıcı universitetləri tərəfindən qəbul edilir.
- Müasir Format: İmtahan müxtəlif qrammatika, oxuma, yazma və dinləmə bacarıqlarını interaktiv üsullarla qiymətləndirir.
- Münasib Qiymət: Duolingo English Test ənənəvi ingilis dili imtahanlarından daha əlverişlidir.
EDDE GLOBAL İLƏ DUOLINGO ENGLISH TEST HAZIRLIĞI:
EDDE Global, Duolingo English Test-in rəsmi referal agentidir və tələbələrimiz üçün eksklüziv üstünlüklər təqdim edirik:
- Endirimlər: Rəsmi referal agent olaraq, imtahan qeydiyyatı zamanı xüsusi endirimlərdən faydalanın.
- Hazırlıq Kursları: Təcrübəli müəllimlər tərəfindən hazırlanmış effektiv kurs proqramları.
- Ödənişsiz Sınaq Testləri: Real imtahan formatına uyğun sınaq testləri ilə hazırlığınızı möhkəmləndirin.
- Fərdi Məsləhətlər: Hər bir tələbəyə fərdi məsləhətlər və hazırlıq strategiyaları təqdim edilir.
NƏTİCƏLƏRİNİZƏ ZƏMANƏT
Duolingo English Test, həm tələbələrin, həm də universitetlərin sürətli və dəqiq qiymətləndirmə ehtiyaclarını qarşılayır. EDDE Global vasitəsilə qeydiyyatdan keçin və imtahan hazırlığında ən yaxşı dəstəyi əldə edin.
