EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / Məqalələr / Dövlət Proqramı 2026/27 siyahısı: hansı ölkə və universit…
Məqalə 2 dəq. oxu

Dövlət Proqramı 2026/27 siyahısı: hansı ölkə və universitetlər var, hansılar çıxıb

Dövlət Proqramının 2026/27 prioritet proqram siyahısının təhlili: təxminən 4100 proqram, 33 ölkə, ən çox proqramı olan universitetlər və siyahıda olmayan tanınmış universitetlər.

Dövlət Proqramı 2026/27 siyahısı: hansı ölkə və universitetlər var, hansılar çıxıb

Dövlət Proqramı ilə xaricdə təhsil üçün əsas şərtlərdən biri seçdiyiniz universitet və proqramın rəsmi siyahıda olmasıdır. 2026/27 tədris ili üçün dərc olunmuş siyahını təhlil etdik.

Bu yazı müstəqil məlumat xarakterlidir. Rəsmi və aktual məlumat mənbəyi dp.edu.az saytıdır.

Rəqəmlərlə siyahı

  • Təxminən 4 100 proqram
  • Təxminən 225 universitet
  • 33 ölkə
  • Proqramların təxminən 1 200-ü bakalavr, 2 900-ü magistr səviyyəsindədir

Ən çox proqram olan ölkələr

  1. Çin — təxminən 730 proqram
  2. Böyük Britaniya — təxminən 480
  3. Türkiyə — təxminən 350
  4. İtaliya — təxminən 270
  5. ABŞ — təxminən 250
  6. Cənubi Koreya — təxminən 190
  7. Almaniya — təxminən 190
  8. Malayziya, Rusiya, Avstraliya, İsveçrə, İsrail, BƏƏ, İspaniya, Yaponiya, İrlandiya, Sinqapur və digərləri

Ən çox proqramı olan universitetlər

Zhejiang University, İstanbul Texniki Universiteti (İTÜ), Ankara Universiteti, Seoul National University, Imperial College London, Tsinghua University, USTC, University of Edinburgh, UCL, Technion, TUM, Sungkyunkwan University, ODTÜ, University of Manchester və ETH Zürich.

Diqqət: siyahı hər il dəyişir

Əvvəlki illərdə DP tələbələrinin oxuduğu bəzi universitetlər 2026/27 siyahısında yoxdur. Məsələn: KU Leuven, Cardiff, Exeter, Leicester, Newcastle, Aberdeen, Lancaster, Strathclyde, Durham, Bath, Surrey, Toronto, McGill, UBC, UIUC, Texas A&M, Minnesota, Amsterdam, Leiden, Groningen, KAIST.

Bu o deməkdir ki, keçən il kiminsə DP ilə getdiyi universitet bu il uyğun olmaya bilər. Universitetə müraciət etməzdən əvvəl konkret proqramın aktual siyahıda olduğunu yoxlayın.

Top-10 qaydası

THE, QS və ya ARWU reytinqlərində ilk 10-a daxil olan universitetlərin siyahıda olmayan proqramları da qəbul oluna bilər; lakin 2026/27-dən bu qayda UCL-ə aid deyil. Ətraflı: DP prioritet sahələr və top-10 qaydası.

Növbəti siyahı nə vaxt?

Yeni tədris ili üçün siyahı və elan adətən yazda dərc olunur. Lakin xarici universitetlərə müraciətlər payız–qış aylarında aparılır, buna görə hazırlığı cari siyahıya əsasən erkən başlamaq məntiqlidir.

Faydalı yazılar

EDDE Global 2018-ci ildən tələbələrə universitet seçimi, sənəd və viza hazırlığında kömək edir. Pulsuz konsultasiyaya yazılın və ya ixtisas seçimi testindən keçin.

Əlaqə

Suallarınız var?

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 159, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.