EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / Məqalələr / Xarici Universitetlərə Müraciət Prosesində Ən Çox Yol Ver…
Məqalə 3 dəq. oxu

Xarici Universitetlərə Müraciət Prosesində Ən Çox Yol Verilən Səhvlər

Xaricdə təhsil almaq istəyənlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri düzgün müraciət prosesi keçməkdir. Bir çox tələbə bilmədən və ya vaxt azlığı səbəbindən bəzi kritik səhvlərə yol verir ki, bu da onların univ…

Xarici Universitetlərə Müraciət Prosesində Ən Çox Yol Verilən Səhvlər

Xaricdə təhsil almaq istəyənlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri düzgün müraciət prosesi keçməkdir. Bir çox tələbə bilmədən və ya vaxt azlığı səbəbindən bəzi kritik səhvlərə yol verir ki, bu da onların universitetlərdən imtina cavabı almasına səbəb ola bilər. Əgər siz də xaricdə təhsil almaq istəyirsinizsə, bu səhvlərdən uzaq duraraq qəbul şansınızı artırmalısınız!

1. Son Dəqiqəyə Saxlanan Müraciət Prosesi

Yalnış: Bəzi tələbələr müraciət üçün kifayət qədər vaxtlarının olduğunu düşünərək prosesi son günlərə saxlayır. Bu zaman lazımi sənədləri tam hazırlamaq çətinləşir və müraciətdə səhvlər baş verə bilər.
Düzgün yanaşma: Ən azı 6-12 ay öncədən hazırlıqlara başlayın. Müraciət tarixlərini əvvəlcədən araşdırın və lazımi sənədləri müvafiq vaxt çərçivəsində tam şəkildə təqdim edin.

2. Yanlış və ya Tam Olmayan Sənədlərin Göndərilməsi

Yalnış: Bəzi tələbələr CV, motivasiya məktubu və ya tövsiyə məktublarını tələskənliklə yazır və ya universitetin tələb etdiyi sənəd formatına uyğun olmayan fayllar göndərirlər.
Düzgün yanaşma: Hər universitetin öz tələblərinə uyğun sənədlər hazırlayın. CV-nizi avropastandartına (Europass) uyğun yazın, motivasiya məktubunda isə konkret məqsədlərinizi və universiteti niyə seçdiyinizi vurğulayın.

3. Motivasiya Məktubunun Şablon Olması

Yalnış: Bir çox tələbə eyni motivasiya məktubunu fərqli universitetlərə göndərir, lakin bu, qəbul komissiyalarının diqqətindən qaçmır.
Düzgün yanaşma: Hər universitet üçün ayrıca motivasiya məktubu yazın. Həmin universiteti və ixtisası niyə seçdiyinizi, məqsədlərinizin onların proqramına necə uyğun olduğunu izah edin. Şəxsi hekayənizdən, bacarıqlarınızdan və gələcək planlarınızdan danışın.

4. Tövsiyə Məktublarının Formal Olması

Yalnış: Tələbələr bəzən tövsiyə məktublarını standart cümlələrlə yazdırır və ya müəllimlərdən özləri üçün imza istəyir.
Düzgün yanaşma: Tövsiyə məktubları sizi şəxsən tanıyan və akademik nailiyyətlərinizi bilən şəxslər tərəfindən yazılmalıdır. Universitetlərin qəbul komissiyaları sizin akademik və peşəkar bacarıqlarınızı real nümunələrlə ifadə edən məktubları daha ciddi qəbul edirlər.

5. Dil Sertifikatları və Akademik Tələbləri Yoxlamamaq

Yalnış: Bəzi tələbələr IELTS, TOEFL, Duolingo və ya digər dil sertifikatlarının tələb olunduğunu son anda anlayır və hazırlıq üçün vaxtı az qalır.
Düzgün yanaşma: Hər universitetin dil tələblərini erkən yoxlayın və dil imtahanına ən azı 6 ay öncədən hazırlaşmağa başlayın. Bəzi universitetlər dil sertifikatı olmadan da qəbul edirlər, ancaq bu barədə əvvəlcədən araşdırma aparmalısınız.

6. Təqaüd İmkanlarını Araşdırmamaq

Yalnış: Tələbələr bəzən təqaüdlərə müraciət etmədən və ya tələblərini anlamadan xaricdə təhsilin çox baha olduğunu düşünürlər.
Düzgün yanaşma: Erasmus+, DAAD, Chevening, Fulbright, Türkiye Bursları və digər beynəlxalq təqaüd proqramlarını araşdırın. Bir çox universitetlər öz daxili təqaüdlərini də təqdim edir, bu səbəbdən müraciət etdiyiniz universitetlərin rəsmi səhifəsindəki təqaüd bölməsini yoxlamağı unutmayın.

7. Viza və Yaşayış İcazəsini Son Dəqiqəyə Saxlamaq

Yalnış: Bəzi tələbələr qəbul məktubu aldıqdan sonra viza və yaşayış icazəsi məsələlərini son dəqiqəyə saxlayır və nəticədə gecikmə baş verir.
Düzgün yanaşma: Qəbul məktubu aldıqdan dərhal sonra viza və yaşayış icazəsi üçün müraciət prosesinə başlayın. Sənədlərinizin tam olduğuna əmin olun və lazımi maliyyə sübutlarını təmin edin.

8. Mədəniyyətə və Yeni Mühitə Hazır Olmamaq

Yalnış: Bəzi tələbələr yalnız təhsil haqqında düşünür və gedəcəkləri ölkənin mədəniyyətini, həyat tərzini və sosial qaydalarını araşdırmırlar.
Düzgün yanaşma: Gedəcəyiniz ölkənin mədəniyyəti, sosial qaydaları və həyat xərcləri haqqında əvvəlcədən məlumat əldə edin. Xarici tələbə icmaları və sosial qruplara qoşularaq mühitə adaptasiya olunmağı asanlaşdıra bilərsiniz.

Necə Düzgün Müraciət Etməli?

📌 Erkən başlayın – Müraciət tarixlərini əvvəlcədən planlaşdırın.
📌 Sənədləri tam hazırlayın – Motivasiya məktubu, CV, dil sertifikatı və tövsiyə məktublarınızı düzgün təqdim edin.
📌 Düzgün universitet seçin – Müraciət etməzdən əvvəl proqramı və tələbləri araşdırın.
📌 Təqaüdlərdən yararlanın – Təhsil haqqını azaltmaq üçün maliyyə imkanlarını yoxlayın.
📌 Viza və yaşayış icazəsini vaxtında həll edin – Sənədlərinizi erkən təqdim edin.

Xaricdə təhsil almaq böyük fürsət və uğurlu gələcəyin açarıdır. Amma düzgün planlama və strategiya olmadan uğur qazanmaq çətin ola bilər. Buna görə də hər addımı diqqətlə araşdıraraq qəbul şansınızı maksimuma çatdırın!

Əlaqə

Suallarınız var?

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 61, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.