DİM, Pearson VUE və EDDE Global PTE Academic üzrə təlim keçirdi
11 iyul 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda PTE Academic imtahanı üzrə təlim keçirilib. DİM-in rəsmi saytında yayımlanan xəbərə görə, tədbir DİM, Pearson VUE v…

11 iyul 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda PTE Academic imtahanı üzrə təlim keçirilib. DİM-in rəsmi saytında yayımlanan xəbərə görə, tədbir DİM, Pearson VUE və EDDE Global-ın birgə təşkilatçılığı ilə baş tutub.
Təlimdə Pearson-un Azərbaycan və Türkiyə üzrə PTE koordinatoru Fatih Özer və PTE Academic təlimçisi Steve O'Farrell çıxış ediblər. İştirakçılara imtahanın formatı və bölmələri, sual növləri, qiymətləndirmə metodikası, imtahan mərkəzində namizədin keçdiyi mərhələlər, həmçinin hazırlıq strategiyaları və effektiv tədris yanaşmaları izah olunub.
Təlimin iştirakçıları universitet müəllimləri, ingilis dili mütəxəssisləri və təlimçilər olub. Onlar Pearson-un rəsmi tədris resursları və rəqəmsal alətləri ilə tanış olublar, sonda isə iştirakçılara sertifikatlar təqdim edilib.
Ətraflı: PTE Academic Azərbaycanda: DİM, Pearson və EDDE Global müəllim təlimi.
Əlaqə
Suallarınız var?
Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.


