EDDE Global

  • Xaricdə təhsil
  • Dil kursları
  • Təqaüd proqramları
Ana səhifə / Mediada biz / "MBA təhsili: Haradan başlamalı?" konfransı keçirildi
Mediada biz 1 dəq. oxu

"MBA təhsili: Haradan başlamalı?" konfransı keçirildi

EDDE Global-ın təşkilatçılığı ilə "MBA təhsili: Haradan başlamalı?" mövzusunda konfrans keçirilib. Yeni Çağ-ın xəbərinə görə, tədbirin auditoriyası MBA proqramı seçmək mərhələsində olan gələcək namiz…

"MBA təhsili: Haradan başlamalı?" konfransı keçirildi

EDDE Global-ın təşkilatçılığı ilə "MBA təhsili: Haradan başlamalı?" mövzusunda konfrans keçirilib. Yeni Çağ-ın xəbərinə görə, tədbirin auditoriyası MBA proqramı seçmək mərhələsində olan gələcək namizədlər olub; müzakirələr beynəlxalq standartlar və karyera planlaması ətrafında aparılıb.

Əsas spiker Özyeğin Universitetinin EMBA və MBA proqramlarının akademik direktoru dos. dr. Kıvılcım Döğerlioğlu Demir olub. O, namizədlərə proqram seçərkən yalnız akademik keyfiyyətə deyil, öyrənilənlərin praktikada tətbiqinə də baxmağı tövsiyə edib. Universitetin beynəlxalq tanıtım komandasından Sertaç Aşaroğlu xaricdə MBA və qəbul prosesindən danışıb, EDDE Global-ı isə Çiçək Quliyeva təmsil edib.

Konfrans iştirakçıların fərdi karyera planı və MBA seçimi ilə bağlı suallarına cavablarla başa çatıb.

Yeni Çağ Media · YouTube-da bax ↗

Mənbə: yenicag.az — https://yenicag.az/edde-global-teskilatciligi-ile-mba-tehsili-haradan-baslamali-movzusunda-konfrans-kecirildi

Əlaqə

Suallarınız var?

Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

📍 Əliyar Əliyev 159, N.Nərimanov ray., Bakı, AZ1052
💬

Content is protected. Right-click function is disabled.