Xaricdə təhsil almaq üçün nə etməli? 10 addımda yol xəritəsi
Xaricdə təhsil almaq üçün 10 addım: səviyyə və ixtisas seçimi, ölkə və büdcə, dil imtahanı, sənədlər, müraciət, təqaüd, viza və yola hazırlıq.

Xaricdə təhsil almaq istəyirsiniz, amma haradan başlayacağınızı bilmirsiniz? Bu yazıda prosesi 10 addıma böldük. Hər addımın sonunda daha ətraflı yazıya keçid var.
1. Məqsədi və səviyyəni müəyyən edin
Bakalavr, magistr, yoxsa doktorantura? Qəbul şərtləri səviyyəyə görə fərqlənir. Ən azı 12 ay əvvəl başlamaq tövsiyə olunur: 12 aylıq müraciət təqvimi.
2. İxtisası seçin
Maraq, bacarıq və karyera perspektivini birlikdə düşünün: İxtisas necə seçilir?. İxtisas seçimi testimiz: test.eddeglobal.az.
3. Ölkəni seçin
Büdcə, dil və təqaüd imkanlarına görə müqayisə edin: hansı ölkə?
4. Büdcəni hesablayın
Təhsil haqqı, yaşayış, viza və sığortanı birlikdə nəzərə alın: xaricdə təhsil büdcəsi.
5. Universitetləri seçin
Reytinq vacibdir, amma tək meyar deyil: QS, THE, ARWU. Hər universitet üçün qəbul tələblərini yoxlayın.
6. Dil imtahanına hazırlaşın
İngilis dilində proqramlar üçün adətən IELTS, TOEFL və ya Duolingo tələb olunur: hansı sertifikatı seçməli?, IELTS 8 həftəlik plan.
7. Sənədləri hazırlayın
Attestat və ya diplom, transkript, pasport, CV, motivasiya məktubu və tövsiyə məktubları: CV, motivasiya məktubu, tövsiyə məktubu.
8. Müraciət edin və təqaüd axtarın
Bir neçə universitetə müraciət edin və təqaüd imkanlarını araşdırın: magistr təqaüdləri, təqaüdlü bakalavr, Azərbaycan üçün Dövlət Proqramı.
9. Qəbul məktubunu qəbul edin, viza alın
Qəbul məktubu gəldikdən sonra təhsil vizasına müraciət edin: Tələbə vizası.
10. Yola hazırlaşın
Mənzil, bank, sığorta və ilk ay üçün: Xaricdə ilk ay siyahısı.
Şirkətlə işləmək lazımdırmı?
Hər şeyi öz başınıza da edə bilərsiniz; bəzi tələbələr isə vaxt qazanmaq və səhvlərdən qaçmaq üçün məsləhətçi ilə işləyir. Seçərkən hansı suallar vermək lazımdır: xaricdə təhsil şirkəti necə seçilir?
EDDE ilə növbəti addım
Pulsuz konsultasiyaya yazın: vəziyyətinizi dinləyib sizə uyğun yol xəritəsi təklif edək.
Əlaqə
Suallarınız var?
Məlumatlarınızı qeyd edin — məsləhətçimiz sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaq.

